Azərbaycan Prezidenti ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul edib

Azərbaycan Prezidenti ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul edib Görüşdə iki ölkənin enerji sahəsində əməkdaşlığından məmnunluq ifadə olunub və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb
Xarici siyasət
11 İyul , 2015 13:19
Azərbaycan Prezidenti ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul edib

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, Azərbaycanın birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etməsinin və Oyunlar zamanı gözəl əhvali-ruhiyyənin mövcud olmasının önəmini qeyd edən Amos Hokstayn bunun həm Azərbaycan, həm də dünya üçün əhəmiyyətli hadisə olduğunu deyib.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafının hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkənin enerji sahəsində əməkdaşlığından məmnunluq ifadə olunub və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi