​Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşəcək

​Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşəcək İstanbulda aprelin 14-15-də İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı keçiriləcək
Xarici siyasət
13 Aprel , 2016 12:26
​Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşəcək

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə İstanbulda Mabeyn İqamətgahında görüşəcək.

"Report" xəbər verir ki, bu haqda Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, dövlət başçıları arasında görüş Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

Qeyd edək ki, İstanbulda aprelin 14-15-də İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı keçiriləcək.

Xatırladaq ki, martın 15-də Türkiyəyə səfəri zamanı Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Sammitə dəvət edib.

Son xəbərlər

Orphus sistemi