Azərbaycan Peşavarda zərərçəkənlərə yardım göstərilməsi ilə bağlı Pakistana müraciət edib

Azərbaycan Peşavarda zərərçəkənlərə yardım göstərilməsi ilə bağlı Pakistana müraciət edib Pakistan xarici işlər nazirinin müavininə şifahi müraciət olunub
Xarici siyasət
179
18 Dekabr , 2014 12:18
Azərbaycan Peşavarda zərərçəkənlərə yardım göstərilməsi ilə bağlı Pakistana müraciət edib

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan tərəfi taliblərin Peşəvarda hərbi məktəbə hücumu ilə bağlı Pakistana rəsmi müraciət göndərib. 

Bu barədə "Report"a Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov məlumat verib.

Onun sözlərinə görə, müraciət yaralıların müalicəsində yardım, eləcə də ölənlərin ailələrinə yardımın göstərilməsi ilə bağlıdır: "Səfirlik artıq bununla əlaqədar olaraq Pakistanın xarici işlər nazirinin müavininə şifahi müraciət edib".

Hazırda Azərbaycan Pakistan tərəfinin müraciətə cavabını gözləyir. 

Xatırladaq ki, dekabrın 16-da "Taliban" yaraqlılarının Peşəvar şəhərində məktəbə hücumu nəticəsində 136-sı uşaq olmaqla 148 nəfər öldürülüb. Üzərində odlu silah və partlayıcı olan terror aktının bütün altı iştirakçısı Pakistan güc strukturları əməkdaşları tərəfindən bir neçə saat davam edən hücum zamanı qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi