Yuxarı

​Azərbaycan Pekində II Dünya müharibəsinin başa çatmasının 70 illik yubiley mərasimində iştirak edəcək

Bununla bağlı səfirliyə dəvət göndərilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan sentyabrın 3-də Pekində keçiriləcək II Dünya müharibəsinin başa çatmasının 70 illik yubileyinə həsr olunan mərasimdə iştirak edəcək. Bu barədə "Report"a Azərbaycanın Çindəki səfirliyinin ikinci katibi Rövşən Hüseynzadə məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı səfirliyə dəvət göndərilib: "Qərara alınıb ki, tədbirdə Azərbaycanı səfir Lətif Qəndilov təmsil edəcək".

Qələbənin 70 illik yubileyi şərəfinə təntənəli parad sentyabrın 3-də Pekində keçiriləcək. Tədbirdə 49 ölkənin nümayəndələri və BMT baş katibi iştirak edəcək.

Paradda təxminən 12 min hərbçi və 500 ədəd hərbi texnikanın iştirak edəcəyi gözlənilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi