Azərbaycan parlamentinin üzvü AŞPA-nın komitə iclaslarında iştirak edəcək

Azərbaycan parlamentinin üzvü AŞPA-nın komitə iclaslarında iştirak edəcək Rafael Hüseynov bu məqsədlə Haaqa və Parisə gedəcək
Xarici siyasət
10 Mart , 2015 16:04
Azərbaycan parlamentinin üzvü AŞPA-nın komitə iclaslarında iştirak edəcək

Bakı. 10 mart. REPORT.AZ/ Martın 11-12-də Niderland Krallığının Haaqa şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media, martın 18-də isə Parisdə bu qurumun Hüquqi işlər və insan haqları komitələrinin iclasları keçiriləcək. Bu barədə "Report"a Milli Məclisdən məlumat verilib.

Tədbirlərdə Azərbaycanı Milli Məclisin deputatı Rafael Hüseynov iştirak edəcək. İclaslarda Avropada uşaqların təhsil hüququ, din və dini ayinlərin azadlığı, kiberterrorizmə qarşı əməkdaşlığın gücləndirilməsi, Avropa Şurası ölkələrinin məhkəmə sistemlərindəki korrupsiya ilə mübarizə, inzibati həbs anlayışının hüquqi baxımdan təkmilləşdirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Son xəbərlər

Orphus sistemi