​Azərbaycan parlamentinin üzvləri Qırğızıstana gedir

​Azərbaycan parlamentinin üzvləri Qırğızıstana gedir Sədaqət Vəliyeva və İqbal Ağazadə TÜRKPA komissiyasının iclasında iştirak edəcəklər
Xarici siyasət
27 Aprel , 2015 18:25
​Azərbaycan parlamentinin üzvləri Qırğızıstana gedir

Bakı. 27 aprel. REPORT.AZ/ Milli Məclisin deputatları Sədaqət Vəliyeva və İqbal Ağazadə TÜRKPA komissiyasının iclasında iştirak etmək üçün aprelin 28-dən mayın 1-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar. Bu barədə "Report"a MM-in mətbuat xidmətindən məlumat verilib.

Qurumun Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının dördüncü iclasında “TÜRKPA üzvü olan ölkələrdə seçkilər, seçki sistemləri və Assambleyanın seçki müşahidəsi fəaliyyətləri” mövzusunda hesabat məruzəsi dinləniləcək. Mövzuya dair tövsiyə qərarı qəbul ediləcək. Komissiyanın növbəti iclası ilə əlaqədar təşkilati məsələlərə baxılacaq.

Azərbaycanlı deputatları müzakirələrdə yaxından iştirak edəcəklər. 

Son xəbərlər

Orphus sistemi