Bakı. 20 may. REPORT.AZ/ Gələn həftə Azərbaycan parlamentinin sədr müavini Valeh Əsgərov Çexiyaya səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka bildirib.
Səfər çərçivəsində V.Ələsgərovun Çexiyanın rəsmi şəxsləri ilə görüşü nəzərdə tutulub.
Səfir qeyd edib ki, Azərbaycan və Çexiya arasında güclü parlamentlərarası münasibətlər mövcuddur.
Səfir həmçinin vurğulayıb ki, Çexiya Senatının rəhbəri Milan Ştexin Bakıya səfərinin təşkili üçün iş aparılır.