Azərbaycan Parisdə keçirilən “Vətəndaşlar və biznes üçün daha yaxşı dövlət idarəçiliyi” adlı nazirlər konfransında təmsil olunub

Azərbaycan Parisdə keçirilən “Vətəndaşlar və biznes üçün daha yaxşı dövlət idarəçiliyi” adlı nazirlər konfransında təmsil olunub Tədbir iştirakçılarına Azərbaycanda aparılan islahatlar, habelə iqtisadi islahatlar barədə geniş məlumat verilib
Xarici siyasət
15 Dekabr , 2017 08:44
Azərbaycan Parisdə keçirilən “Vətəndaşlar və biznes üçün daha yaxşı dövlət idarəçiliyi” adlı nazirlər konfransında təmsil olunub

Paris. 15 dekabr. REPORT.AZ/Parisdə Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OCED) və SİGMA-nın birgə təşkilatçılığı ilə “Vətəndaşlar və biznes üçün daha yaxşı dövlət idarəçiliyi” adlı nazirlər konfransı keçirilib.

“Report”un Fransa bürosu məlumat verir ki, Azərbaycanı konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı təmsil edib.

Vüsal Qasımlı “Report”a bildirib ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, habelə iqtisadi islahatlar barədə iştirakçılara geniş məlumat verilib.

Azərbaycanda aparılan idarəetmə islahatları, institusional islahatlar, asan xidmətin fəaliyyəti, Maliyyə Bazarına Nəzarət Palatasının yaradılması tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Azərbaycanda iqtisadi islahatlar prosesində vətəndaş iştirakının təmin edilməsi və açıq dövlət prinsiplərinə söykənərək həyata keçirilməsi iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə, həmçinin, mobil identikliyin təmin edilməsi, asan imza və elektron imza, stateji yol xəritələrinin qəbul edilməsi kimi məsələlər də müzakirə edilib.

Vüsalə İsmətqızı

Son xəbərlər

Orphus sistemi