Azərbaycan pandemiya dövründə 10-dan çox ölkəyə humanitar yardım edib

Azərbaycan pandemiya dövründə 10-dan çox ölkəyə humanitar yardım edib Azərbaycanın pandemiya dövründə humanitar yardım göndərdiyi ölkələrin sayı açıqlanıb.
Xarici siyasət
13 May , 2020 17:15
Azərbaycan pandemiya dövründə 10-dan çox ölkəyə humanitar yardım edib

Azərbaycanın pandemiya dövründə humanitar yardım göndərdiyi ölkələrin sayı açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı danışıb.

“Azərbaycan tərəfindən Çinə, İtaliyaya, İrana, Özbəkistana, Macarıstana, Bosniya və Herseqovinaya, Xorvatiyaya, Qırğız Respublikasına, Pakistana, Tacikistana, Serbiyaya yardım edilib”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi