Azərbaycan Nyu-Yorkda gender məsələlərinə dair sessiyada təmsil olunacaq

Azərbaycan Nyu-Yorkda gender məsələlərinə dair sessiyada təmsil olunacaq Tədbirdə deputat Sahibə Qafarova iştirak edəcək
Xarici siyasət
6 Mart , 2015 11:35
Azərbaycan Nyu-Yorkda gender məsələlərinə dair sessiyada təmsil olunacaq

Bakı. 6 mart. REPORT.AZ/ Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın Gender bərabərliyi üzrə alt komitəsinin sədri kimi ABŞ-ın Nyu-York şəhərində səfərdə olacaq. Bu barədə "Report"a parlamentin mətbuat xidmətindən məlumat verilib. 

Martın 7-dən 14-dək davam edəcək səfərin məqsədi BMT-nin Qadınların statusuna dair beynəlxalq komissiyasının 59-cu sessiyasında iştirak etməkdir.  

Sessiyada qadınların ictimai-siyasi fəallığının artırılması, iqtisadi proseslərə daha yaxından cəlb olunması yolları araşdırılacaq. "Gender bərabərliyinə nail olmaq üçün ictimai normaların dəyişdirilməsi", "Gender bərabərliyinin təmin olunmasında milli mexanizmlər", "İqtisadiyyatda qadınların rolunun artırılması" və digər mövzularda məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Tədbirdə Azərbaycan parlamentinin deputatı müzakirəyə çıxarılmış məsələlərə münasibət bildirəcək.

Son xəbərlər

Orphus sistemi