Bu gün Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin meydana gələn təhlükəsizlik təhdidləri üzrə köməkçisinin müavini Ceyms Appaturay ilə görüşüb.
Bu barədə "Report"a nümayəndəlikdən məlumat verilib.
Görüşdə tərəflər Azərbaycan-NATO tərəfdaşlığı, enerji və kiber təhlükəsizlik, hibrid təhdidlər, habelə mühüm enerji infrastrukturlarının mühafizəsi ətrafında müzakirələr aparıblar.
