Yuxarı

Azərbaycan nümayəndəsi Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarə Heyətinə üzv seçilib

Sessiyanın açılışı zamanı sədrlik Azərbaycan tərəfindən Nigeriyaya təhvil verilib

Bakı. 10 dekabr. REPORT.AZ/ Vyanada “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Sazişə tərəfdaş dövlətlərin Assambleyasının IV sessiyası keçirilir.

Azərbaycanın Avstriyadakı səfirliyindən bildiriblər ki, sessiyanın açılışı zamanı sədrlik Azərbaycan tərəfindən Nigeriyaya təhvil verilib.

Qeyd edək ki, Assambleyanın III sessiyası 2014-cü il noyabrın 19-dan 21-dək Bakı şəhərində keçirilib və Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov Assambleyanın sədri seçilib.

Sessiya zamanı təşkilatın İdarə Heyətinə seçkilər keçirilib. Seçkilərdə Azərbaycan tərəfindən Milli Məclisin üzvü Vüsal Hüseynovun namizədliyi irəli sürülüb. Dekabrın 10-da keçirilən seçkilərdə Vüsal Hüseynovun namizədliyi Assambleya tərəfindən dəstəklənib və səsvermə keçirilmədən akklamasiya ilə Azərbaycan nümayəndəsi 6 il müddətinə İdarə Heyətinə üzv seçilib. Azərbaycan ilə yanaşı, Braziliya, Nigeriya, Tayland, İordaniya və Çili namizədləri də Akademiyanın İdarə Heyətinə üzv seçiliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi