Azərbaycan diplomatı Afrika İttifaqının komissarı ilə görüşüb

Azərbaycan diplomatı Afrika İttifaqının komissarı ilə görüşüb Afrikalı rəsmi: "İki ölkə arasında elm, təhsil və texnologiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün güclü potensial mövcuddur"
Xarici siyasət
7 Avqust , 2015 16:22
Azərbaycan diplomatı Afrika İttifaqının komissarı ilə görüşüb

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycanın Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev qurumun İnsan Resursları, Elm və Texnologiya məsələləri üzrə komissarı Martial De-Paul İkounga ilə görüşüb. 

Nümayəndəlikdən "Report"a verilən xəbərə görə, E.Abdullayev Azərbaycan haqqında geniş məlumat verərək ölkənin elm, təhsil və texnologiya sahələrində regionun qabaqcıl ölkəsinə çevrildiyini Afrika İttifaqı rəsmisinin diqqətinə çatdırıb.

E.Abdullayev hələ SSRİ dövründə Azərbaycanın Afrika ilə təhsil sahəsində əməkdaşlığının geniş olduğunu və minlərlə afrikalının Azərbaycanın müxtəlif universitetlərindən və digər təhsil ocaqlarından məzun olduğunu bildirib.

Afrika ölkələrinin Azərbaycanın təhsil müəssisələrinin yüksək səviyyəyə malik olması barədə məlumatlı olduqlarını qeyd edən Avropa İttifaqı komissarı Martial De-Paul İkounga bu sahədə təmsil etdiyi qurumla Azərbaycan arasında münasibətlərin yeni müstəviyə qaldırılması vacibliyini vurğulayıb. 

Afrikalı rəsmi iki ölkə arasında elm, təhsil və texnologiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün güclü potensialın mövcud olduğunu bildirib.

Görüşdə tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün təcrübə mübadiləsinin aparılması və səfərlər mübadiləsinin həyata keçirilməsi zəruriliyi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi