Azərbaycan nümayəndə heyəti Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinə qatılıb

Azərbaycan nümayəndə heyəti Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinə qatılıb “Qaçqınların uğurlu inteqrasiyası məqsədi ilə təmərküzləşdirmə siyasəti” mövzusuna həsr edilmiş 32-ci plenar sessiyası başa çatıb
Xarici siyasət
4 Aprel , 2017 18:57
Azərbaycan nümayəndə heyəti Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinə qatılıb

Bakı. 4 aprel. REPORT.AZ/ Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Qaçqınların uğurlu inteqrasiyası məqsədi ilə təmərküzləşdirmə siyasəti” mövzusuna həsr edilmiş 32-ci plenar sessiyası başa çatıb. Martın 27-dən 31-dək baş tutan sessiyada Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov iştirak edib və sessiyanın gedişatı barədə geniş məlumat verib.

Milli Assosiasiyadan "Report"a verilən xəbərə görə, yaz sessiyasının gündəliyinin ən kəskin məsələlərindən biri bir sıra Avropa ölkələrinə artan miqrasiya axını və bu prosesdən irəli gələn porblemlərin olması idi. Bundan əlavə, Türkiyədə mer və məşvərətçilərin vəziyyəti, o cümlədən seçilmiş merlərin həbsi və onların hakimiyyətin mərkəzi orqanları tərəfindən təyin olunmuş merlərlə əvəzlənməsi məsələsinə müfəssəl baxılıb. Konqresdə Türkiyədə meri əvəz edəcək şəxslərin seçilməsinin yenidən yerli özünüidarəetmə orqanlarının şuralarının səlahiyyətlərinə aid edilməsi təklifi verilib.

Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin rəhbəri Anar İbrahimov çıxış edərək, məsələ ilə bağlı bildirib ki, Konqresdə verilən təkliflər Türkiyənin ekstremizmə və terrorizmə qarşı apardığı mübarizəsini zəiflədə bilər və bununla da Konqres qərəzsiz təşkilat olmaq şansını əldən verər. Qeyd edilənləri nəzərə alaraq, merlərin vəzifəsindən uzaqlaşdırılmasına dair Türkiyə qanunvericiliyinin normalarının qanuna zidd olmasına əsas vardırsa, o zaman insan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilməsinin məqsədəuyğun olduğu diqqətə çatdırılıb.

Həmçinin Konqresin 32-ci plenar sessiyası çərçivəsində Portuqaliyada dövlət islahatı və təmərküzləşmə, Qəbuldan inteqrasiyaya: miqrasiya problemlərinin həllində yerli və regionalhakimiyyətlərin rolu, 47 üzv ölkələr tərəfindən yerli özünüidarəetmənin Avropa Xartiyasının tətbiqinin müqayisəli təhlili: nailiyyətlər və problemlər, Yerli demokratiyanın Avropa həftəsinin 10-cu ildönümü, Regional səviyyədə demokratik iştirakçılığın keyfiyyəti, Miqrasiya axını ilə üzləşən sərhədyanı regionlar, Avropa ölkələrində kimsəsiz qaçqın uşaqların qəbulu, Yerli və regional səviyyələrdə gənclər siyasətinin rolu və gənclərlə iş, Gənclərin peşə fəaliyyətinə və müstəqil həyata keçidinə dəstək məsələləri, Yerli və regional səviyyələrdə insan hüquqları sahəsində dəyişikliklər, Yerli və regional səviyyələrdə seçki prosesinin gedişində inzibati resurslardan sui – istifadə hallarının qarşısını ala biləcək beynəlxalq standart və praktikalara uyğunlaşma kriteriyalarının meyarları və digər mövzularətrafında da geniş müzakirələr aparılıb.

Sessiyanın baş tutduğu günlər ərzində Azərbaycan nümayəndə heyətinin üzvləri Konqresin fəxri üzvü Fərid Muxametşin ( Rusiya Federasiyasının nümayəndəsi) medalla təltif edilməsi və Kipr Respublikasının nümayəndəliyi tərəfindən hazırlanmış “Limasol karnavalı 2016“ sərgisinin açılış mərasimində iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi