Azərbaycan nümayəndə heyəti Şimon Peresin dəfnində iştirak etmək üçün Təl-Əvivə gedib

Azərbaycan nümayəndə heyəti Şimon Peresin dəfnində iştirak etmək üçün Təl-Əvivə gedib Nümayəndə heyətinə baş nazirin müavini Elçin Əfəndiyev başçılıq edir
Xarici siyasət
30 Sentyabr , 2016 10:45
Azərbaycan nümayəndə heyəti Şimon Peresin dəfnində iştirak etmək üçün Təl-Əvivə gedib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanın nümayəndə heyəti İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün Təl-Əviv şəhərinə yola düşüb.

“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyətinə baş nazirin müavini Elçin Əfəndiyev başçılıq edir.

Qeyd edək ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də 93 yaşında vəfat edib. Sabiq dövlət başçısı bu gün dəfn olunacaq. 

Son xəbərlər

Orphus sistemi