Azərbaycan nümayəndə heyəti İslam Kərimovun dəfnində iştirak etmək üçün Özbəkistana gedib

Azərbaycan nümayəndə heyəti İslam Kərimovun dəfnində iştirak etmək üçün Özbəkistana gedib Nümayəndə heyətinə Oqtay Əsədov başçılıq edir
Xarici siyasət
3 Sentyabr , 2016 11:38
Azərbaycan nümayəndə heyəti İslam Kərimovun dəfnində iştirak etmək üçün Özbəkistana gedib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Milli Məclis (MM) sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə yola düşüb.

Bu barədə “Report”a MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, nümayəndə heyətinə O.Əsədovla yanaşı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, xarici işlər nazirinin müavini Xələf Xələfov və başqa rəsmilər daxildir.

Qeyd edək ki, İ.Kərimov 79 yaşında vəfat edib. O, bu gün Səmərqənd şəhərində torpağa tapşırılacaq. İ.Kərimovun vəfatı ilə bağlı Azərbaycan Prezident İlham Əliyev Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Niqmatulla Yuldaşevə başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi