Azərbaycan nümayəndə heyəti İrana səfərə gedəcək

Azərbaycan nümayəndə heyəti İrana səfərə gedəcək Nümayəndə heyətinə iqtisadiyyat naziri Şahin Mustafayev rəhbərlik edəcək
Xarici siyasət
1748
9 Fevral , 2017 17:20
Azərbaycan nümayəndə heyəti İrana səfərə gedəcək

Bakı. 9 fevral. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik edəcəyi Azərbaycanın böyük tərkibli nümayəndə heyətinin bu il fevralın sonunda İrana səfəri gözlənilir.

"Report" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, nümayəndə heyəti İranın müxtəlif şəhərlərində olacaq. Səfər zamanı nazir iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf perspektivlərini və birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü məsələsini müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi