Azərbaycan nümayəndə heyəti Həştərxanda Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunda olub

Azərbaycan nümayəndə heyəti Həştərxanda Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunda olub Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans başa çatdıqdan sonra Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Volqa Dövlət Su Nəqliyyatı Universitetinin (VSUVT) filialı olan Dəniz və
Xarici siyasət
8 may 2023 12:59
Azərbaycan nümayəndə heyəti Həştərxanda Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunda olub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans başa çatdıqdan sonra Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Volqa Dövlət Su Nəqliyyatı Universitetinin (VSUVT) filialı olan Dəniz və Çay Nəqliyyatı İnstitutuna baş çəkib.

"Report"un Həştərxana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, qonaqlar universitetin tarixi və fəaliyyəti ilə tanış olublar.

Azərbaycan nümayəndə heyətinə universitetin təklif etdiyi təhsilə xüsusi yanaşmalar və texnologiyalar haqqında məlumat verilib.

Xatırladaq ki, bu gün Həştərxanda “Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında iqtisadi-ticarət və humanitar sahədə əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları digər mövzularla yanaşı, həmçinin Azərbaycanla Həştərxan vilayəti arasında təhsil proqramları və bu sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi