Azərbaycan nümayəndə heyəti Həştərxanda Heydər Əliyev adına məktəbdə olub

Azərbaycan nümayəndə heyəti Həştərxanda Heydər Əliyev adına məktəbdə olub Həştərxanda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı tam orta məktəbdə olub.
Xarici siyasət
8 may 2023 09:26
Azərbaycan nümayəndə heyəti Həştərxanda Heydər Əliyev adına məktəbdə olub

Həştərxanda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı tam orta məktəbdə olub.

“Report” xəbər verir ki, səfər zamanı nümayəndə heyətinin üzvləri Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş və onun həyat və fəaliyyətindən bəhs edən fotosərgi və videoçarxla tanış olublar.

"Bu məktəbdə yenidənqurma işləri 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi ilə aparılıb. Ümummilli Liderin adını daşıyan məktəb Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında inkişaf edən əlaqələrin mühüm göstəricisidir", - Baş nazirin müavini Şahin Mustafayev deyib.

Ş.Mustafayevin sözlərinə görə, Heydər Əliyev Azərbaycan xalqı üçün çox işlər görüb: "O, müstəqil Azərbaycanın memarıdır. Ümummilli Liderin diqqət mərkəzində olan əsas sahələrdən biri də təhsil olub ki, o, sözügedən sahənin inkişafı üçün çox səy göstərib".

Görüşün sonunda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş çoxsaylı yaradıcılıq müsabiqələrində qalib gələn şagirdlər mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi