​Azərbaycan nümayəndə heyəti Gənclər, Sülh və Təhlükəsizlik üzrə Qlobal Forumda iştirak edib

​Azərbaycan nümayəndə heyəti Gənclər, Sülh və Təhlükəsizlik üzrə Qlobal Forumda iştirak edib Forumun sonunda “Gənclər, Sülh və Təhlükəsizlik üzrə Əmman Gənclər Bəyannaməsi” qəbul olunub
Xarici siyasət
26 Avqust , 2015 20:31
​Azərbaycan nümayəndə heyəti Gənclər, Sülh və Təhlükəsizlik üzrə Qlobal Forumda iştirak edib

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti İordaniyanın paytaxtı Əmmanda keçirilən Gənclər, Sülh və Təhlükəsizlik üzrə Qlobal Forumda iştirak edib.

BMT-nin Azərbaycandakı ofisindən "Report"a verilən məlumata görə, forumun açılış mərasimində İordaniyanın vəliəhdi, şahzadə Hüseyn ibn Abdullah, BMT Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin, UNESCO-nun baş direktoru İrina Bokova və digərləri iştirak ediblər.

Qlobal Forumda Azərbaycan Gənclər və İdman Nazirliyinin Gənclər şöbəsinin müdiri İndira Hacıyeva, BMT İnkişaf Proqramının strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov, BMT İnkişaf Proqramının gənclər üzrə layihəsinin assistenti Azər Abasəliyev və ATGTİ-nin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Pərvin Rəhimli ilə təmsil olunub.

İki gün ərzində keçirilən forumda “Gənclər, təhlükəsizlik və sülhün hazırkı vəziyyəti”, “Qarşıya çıxan çətinliklər və onların həlli yolları”, “İnkişafın düzgün monitorinqi və qiymətləndirilməsi” və bu kimi mövzuları əhatə edən müzakirələr keçirilib və onların nəticəsi olaraq forumun bağlanış mərasimində “Gənclər, Sülh və Təhlükəsizlik üzrə Əmman Gənclər Bəyannaməsi” qəbul olunub. 

Son xəbərlər

Orphus sistemi