Azərbaycan nümayəndə heyəti AŞPA-nın yaz sessiyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti AŞPA-nın yaz sessiyasında iştirak edəcək Tədbirdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək
Xarici siyasət
18 Aprel , 2015 15:04
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yaz sessiyasında iştirak edəcək

İstanbul. 18 aprel. REPORT.AZ/ Aprelin 20-dən 24-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək. Milli Məclisin (MM) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, sessiyada MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Elxan Süleymanov, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.

Sessiyada Ukraynada vəziyyət, İŞİD adlanan terrorçu qrupun fəaliyyətinin nəticələri, AŞPA-dakı Rusiya nümayəndə heyətinin dondurulmuş mandatına yenidən baxılması, Monako ilə monitorinq sonrası dialoq, Avropa İnsan Haqları Konvensiyasının səmərəliliyi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Son xəbərlər

Orphus sistemi