Azərbaycan NATO PA-nın növbəti Rouz-rout seminarında təmsil olunacaq

Azərbaycan NATO PA-nın növbəti Rouz-rout seminarında təmsil olunacaq Tədbirdə deputatlar Siyavuş Novruzov və Rauf Əliyev iştirak edəcəklər
Xarici siyasət
30 Mart , 2015 13:14
Azərbaycan NATO PA-nın növbəti Rouz-rout seminarında təmsil olunacaq
Tədbirdə deputatlar Siyavuş Novruzov və Rauf Əliyev iştirak edəcəklər

Bakı. 30 mart. REPORT.AZ/ Milli Məclisin deputatları Siyavuş Novruzov və Rauf Əliyev NATO Parlament Assambleyasının (PA) 88-ci Rouz-Rout seminarında iştirak edəcəklər. Bu barədə "Report"a parlamentdən məlumat verilib.

Deputatlar bu məqsədlə martın 30-dan aprelin 3-dək Serbiyanın paytaxtı Belqradda səfərdə olacaqlar. Seminarda Qərbi Balkanlarda regional əməkdaşlıq, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, müdafiə idarəçiliyi sahəsində islahatlar, habelə Yaxın Şərqdə, Şimali Afrikada xarici döyüşçülərin iştirakı və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Millət vəkilləri müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.

Son xəbərlər

Orphus sistemi