Azərbaycan Misirdə törədilən terror aktını pisləyib

Azərbaycan Misirdə törədilən terror aktını pisləyib Terror aktı nəticəsində 20-dən çox insan öldürülüb
Xarici siyasət
26 May , 2017 22:10
Azərbaycan Misirdə törədilən terror aktını pisləyib

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Misirdə baş vermiş terror aktını pisləyib.

"Report" xəbər verir ki, bu barədə məlumat XİN-in "Twitter" səhifəsinə yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Azərbaycan bu terror aktını pisləyir və həlak olanların ailə üzvləri və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Misirin Əl-Minya vilayətində İŞİD terrorçuları tərəfindən 20-dən çox qibti güllələnib, 40-dan çox insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi