Azərbaycan Milli Məclisinin deputatı Gürcüstan parlamentində görüşlər keçirib

Azərbaycan Milli Məclisinin deputatı Gürcüstan parlamentində görüşlər keçirib Gürcüstan parlamentinin diaspor və Qafqaz məsələləri Komitəsinin sədri Zviad Kvaçantiradze ermənilərin Xocalıda törətdiklərini böyük faciə adlandırıb
Xarici siyasət
23 Fevral , 2017 17:22
Azərbaycan Milli Məclisinin deputatı Gürcüstan parlamentində görüşlər keçirib

Tbilisi.23 fevral. REPORT.AZ/ “Azərbaycan dövləti sürətlə inkişaf edir. Bunu ölkədə bütün sahələrdə görmək olur”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədov Gurcüstan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsindəki görüşdə deyib.

E.Məmmədov gürcü həmkarlarına Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqımı barədə ətraflı məlumat verib. Ermənilərin Azərbaycan torpaqlarında torətdikləri cinayətlərdən danışib.

Komitə sədrinin muavini, ehtiyatda olan genaral-mayor Koba Kobaladze Azərbaycan parlamentinin deputatının üzvünün Gürcüstana səfərinin yüksək qiymətləndirib. Azərbaycanın sürətli inkişafindan razıliqla danişib. O deyib ki, Azərbaycan hərbi sənaye kompleksi də inkişaf edib. Buna baxmayaraq, rəsmi Bakı münaqisənin sulh yolu ilə həllinə tərəfdardır.

Azərbəycanin Gürcüstandakı səfiri Dursun Həsənov Azərbaycan Gürcüstan munasibətlərindən danısıb. Qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Gürcüstan parlamentinin diaspor və Qafqaz məsələləri Komitəsinin sədri Zviad Kvaçantiradze ermənilərin Xocalıda törətdiklərini böyük faciə adlandırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələr ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi