Yuxarı
    Bağlamaq

    Azərbaycan-Mərakeş hökumətlərarası komissiyasının növbəti iclası oktyabrın sonlarında Bakıda keçiriləcək

    Bununla əlaqədar Mərakeşin xarici işlər naziri Bakıya səfər edəcək© Report .az

    Bakı. 13 iyul. REPORT.AZ/ Oktyabrın sonlarında Bakıda ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Mərakeş hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.

    Mərakeşin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bununla əlaqədar Mərakeşin xarici işlər naziri, Mərakeş tərəfdən hökumətlərarası komissiyanın həmsədri Naser Burita Bakıya səfər edəcək.

    Səfirlikdən bildiriblər ki, hazırda tədbirin dəqiq tarixi və proqramı işlənib hazırlanır.

    Qeyd edək ki, Azərbaycan tərəfdən hökumətlərarası komissiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi