Azərbaycan MDB İqtisadi Şurasının iclasında iştirak edib

Azərbaycan MDB İqtisadi Şurasının iclasında iştirak edib Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 97-ci iclası keçirilib.
Xarici siyasət
17 mart 2023 10:34
Azərbaycan MDB İqtisadi Şurasının iclasında iştirak edib

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 97-ci iclası keçirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirə Qırğızıstan sədrlik edib.

Birliyə üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri MDB ölkələri arasında iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə ediblər.

Xatırladaq ki, MDB İqtisadi Şurasının növbəti iclası iyunun 23-də Moskvada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi