​Azərbaycan MDB-də malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında sazişdə dəyişikliklər edilməsi barədə Protokolu təsdiqləyib

​Azərbaycan MDB-də malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında sazişdə dəyişikliklər edilməsi barədə Protokolu təsdiqləyib Bununla bağlı Azərbaycan Prezidenti fərman imzalayıb
Xarici siyasət
20 Fevral , 2015 10:16
​Azərbaycan MDB-də malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında sazişdə dəyişikliklər edilməsi barədə Protokolu təsdiqləyib

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb. “Report” xəbər verir ki, fərmana əsasən, Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli sazişdə dəyişikliklər edilməsi barədə 2014-cü il mayın 30-da Minsk şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı Protokol təsdiqlənib.

Fərmanla Nazirlər Kabinetinə bu Protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək, Xarici İşlər Nazirliyinə həmin Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi