Azərbaycan malların beynəlxalq alqı-satqısına dair BMT Konvensiyasına qoşulub

Azərbaycan malların beynəlxalq alqı-satqısına dair BMT Konvensiyasına qoşulub Saziş 2017-ci il iyunun 1-də qüvvəyə minəcək
Xarici siyasət
10 May , 2016 08:31
Azərbaycan malların beynəlxalq alqı-satqısına dair BMT Konvensiyasına qoşulub

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan malların beynəlxalq alqı-satqısına dair BMT Konvensiyasına qoşulub.

"Report" BMT-nin xəbər mərkəzinə istinadən xəbər verir ki, Azərbaycan Konvensiyaya üzv olmuş 85-ci ölkə olub. Azərbaycan üçün bu saziş 2017-ci il iyunun 1-də qüvvəyə minəcək.

Qeyd edək ki, Konvensiya 1980-ci ilin aprelində Vyanada malların beynəlxalq alqı-satqısına dair BMT Konfransında qəbul edilib. O, beynəlxalq ticarət qaydalarının unifikasiya edilməsini nəzərdə tutur.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycanın "malların beynəlxalq alqı-satqısına dair BMT Konvensiyasına qoşulması" barədə qanunu bu ilin fevral ayından təsdiq edib.

Son xəbərlər

Orphus sistemi