Azərbaycan-Koreya Hökumətlərarası Birgə Komissiyanın tərkibi təsdiqlənib - SİYAHI

Azərbaycan-Koreya Hökumətlərarası Birgə Komissiyanın tərkibi təsdiqlənib - SİYAHI Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov komissiyanın həmsədri təyin edilib
Xarici siyasət
10 Avqust , 2015 20:18
Azərbaycan-Koreya Hökumətlərarası Birgə Komissiyanın tərkibi təsdiqlənib - SİYAHI

Bakı. 10 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilib:

Komissiyanın həmsədri

İltimas Məmmədov - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Sahib Məmmədov - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini

Ragim Lətifov - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Firdovsi Əliyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Arif Əsgərov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Rəmzi Teymurov - Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Xəzər Fərhadov - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəisi.

Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən təsdiq edilmiş tərkibi barədə Koreya Respublikası tərəfinə müvafiq bildiriş göndərməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi