Rusiyalı politoloq: "Azərbaycan istehsalçıları Rusiya ticarət şəbəkəsinə çətinliklə yol tapırlar" - MÜSAHİBƏ

Rusiyalı politoloq: "Azərbaycan istehsalçıları Rusiya ticarət şəbəkəsinə çətinliklə yol tapırlar" - MÜSAHİBƏ Moskva. 23 yanvar. REPORT.AZ/ Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Post-Sovet Tədqiqatlar Mərkəzinin eksperti Aleksandr Karavayev “Report”a eksklüziv müsahibəsində Rusiya ilə Azərbaycanın hazırkı iqtisadi-ticari əlaqələri, azərbaycanlı və rusiyalı ixracatçıların üzləşdikləri problemlər, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində qanunsuz olaraq istehsal olunan məhsulların Rusiya bazarına yol tapması kimi məsələlərə toxunub.
Xarici siyasət
141
23 Yanvar , 2019 15:02
Rusiyalı politoloq: Azərbaycan istehsalçıları Rusiya ticarət şəbəkəsinə çətinliklə yol tapırlar - MÜSAHİBƏ

Moskva. 23 yanvar. REPORT.AZ/ Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Post-Sovet Tədqiqatlar Mərkəzinin eksperti Aleksandr Karavayev “Report”a eksklüziv müsahibəsində Rusiya ilə Azərbaycanın hazırkı iqtisadi-ticari əlaqələri, azərbaycanlı və rusiyalı ixracatçıların üzləşdikləri problemlər, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində qanunsuz olaraq istehsal olunan məhsulların Rusiya bazarına yol tapması kimi məsələlərə toxunub.

Hazırda Azərbaycanla Rusiya arasındakı iqtisadi-ticari əlaqələrin səviyyəsi barədə fikriniz necədir?

İki ölkə arasındakı əlaqələrin zirvə vurduğunu söyləyə bilərik, amma eyni zamanda 2013-2014-cü illər böhranından əvvəlki səviyyəyə hələ də çatmamışıq. 2018-ci ildə iki ölkə arasında 2,5 milyard ABŞ dolları məbləğindəki ticarət dövriyyəsi o dövrün rəqəmlərinə yaxın olsa da, sıçrayışa nail ola bilməmişik. Digər tərəfdən, Azərbaycanın qeyri-xammal məhsullarının Rusiya əsas istehlakçılarındandır, amma bu, daha çox aqrar bölməsinin məhsullarına aiddir.

İqtisadi əməkdaşlığımızın başlıca sahələri hansılardır?

- Rusiya ilə Azərbaycan arasındakı iqtisadi-ticari əlaqələrinin başlıca sahələrindən biri Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracıdır. İkinci yerdə neft-qaz sahəsindəki əlaqələrdir. İnvestisiyalara gəlincə, Rusiya Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan çox sərmayə qoyub. Sənaye sahəsindəki əməkdaşlıq əlaqələrimizə misal olaraq Gəncə Avtomobil Zavodunda UAZ və “KamAZ” tipli avtomobillərin yığılmasını çəkə bilərik.

Bəs ölkələrimiz arasındakı ticari əlaqələrdəki çatışmayan nədir, nələr təkmilləşdirilməlidir?

- Bilirsiniz, Azərbaycan istehsalçıları Rusiya ticarət şəbəkəsinə çətinliklə yol tapırlar. Eynilə Rusiyanın orta və kiçik istehsalçıları üçün də Azərbaycan bazarına yol tapmaq asan deyil. Ölkələrimizin ticari əlaqələrinin genişləndirilməsi baxımından Azərbaycanın Rusiyadakı bir ildən artıqdır fəaliyyət göstərən ticarət nümayəndəliyidir. Ticarət sərgilərinin keçirilməsi, müxtəlif sövdələşmələrin dəstəklənməsi, Rusiya bazarında Azərbaycan məhsullarının tanıdılması kimi məsələlərdə nümayəndəliyin əhəmiyyəti danılmazdır.

Sözsüz ki, Azərbaycan məhsullarının kəmiyyət və keyfiyyət baxımdan Rusiya bazarının meyarlarına nə dərəcədə uyğun gəlməsi də mühüm məsələdir. Məsələn, aqrar məhsullardan söhbət gedirsə, təkcə dadı yox, necə qablaşdırıldığı, təqdim olunması, oxşar məhsullarla rəqabətə davamlı olub-olmaması da əhəmiyyətlidir. Azərbaycan tərəfi bütün bunların ani məsələ yox, davamlı olaraq təkmilləşdirilməli məqamlar olduğunu unutmamalı və mütəmadi olaraq bu istiqamətdə çalışmalıdır.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi