Bakı. 23 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
"Report" xəbər verir ki, sənədə əsasən, Azərbaycan Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında 2016-cı il dekabrın 13-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
Nazirlər Kabinetinə bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək, Xarici İşlər Nazirliyinə isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərmək tapşırılıb.