Yuxarı

Azərbaycan ilə İordaniya arasındakı mədəni sahədə əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycanın İordaniyadakı səfiri bu ölkənin Yazıçılar və Şairlər Birliyinin sədri ilə görüşüb

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov bu ölkənin Yazıçılar və Şairlər Birliyinin sədri professor Alyan Əl-Odvan ilə görüşüb.

Görüşdə ölkələrimiz arasındakı dost və qardaşlıq münasibətlərinin tarixindən danışan səfir qeyd edib ki, dövlətlərimizin başçılarının şəxsi dostluğu ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsində müsbət rol oynayır və münasibətlərin gələcəkdə daha da inkişafına zəmin yaradır.

Səfir mövcud olan ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olmasının təhsil sahəsində də öz əksini tapdığını, İordaniya Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi ilə Azərbaycan Təhsil Nazirliyi arasında əməkdaşlığın olduğunu diqqətə çatdırıb.

Sabir Ağabəyov İordaniya və Azərbaycan yazıçıları və ədəbiyyatçıları arasında imzalanmış mədəni əməkdaşlıq haqqında sazişin qardaş xalqlarımız arasında əlaqələrin daha da inkişaf etdirilməsində böyük töhfə verəcəyini vurğulayıb.

İordaniya Yazıçılar və Şairlər Birliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında imzalanmış sazişin önəmindən danışan A.Əl-Odvan əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün hərtərəfli əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Sonda sədrə Azərbaycanla bir sıra ədəbiyyat, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat-təbliğat xarakterli əyani vəsait, ölkəmizin mədəni irsini təbliğ edən qiymətli hədiyyələr təqdim olunub.

Görüş İordaniyanın “Əl-Ray” qəzetində və digər yerli KİV-lərdə işıqlandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi