Azərbaycan ilə Gürcüstan arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Gürcüstan arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub Əflatun Amaşov qubernator Qriqol Nemsadze ilə görüşüb
Xarici siyasət
15 Sentyabr , 2017 22:14
Azərbaycan ilə Gürcüstan arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub
"Report"

Tbilisi. 15 sentyabr. REPORT.AZ/ Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadze ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə ölkələrimizin qanunverici orqanları, eləcə də xalqlarımız arasında dostluq əlaqələrinin, iqtisadi, mədəni, turizm, elm və təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Bildirilib ki, bu gün Gürcüstan universitetlərində 3000-ə yaxın tələbə təhsil alır. Bu ölkədə fəaliyyət göstərən 130-a yaxın ümumtəhsil məktəbində minlərlə azərbaycanlı şagird təhsil alır. Onların normal təhsil almaları üçün hər cür şərait yaradılıb.

Qubernator deyib ki, Gürcüstan ilə Azərbaycan arasında əlaqələrin strateji tərəfdaşılıq səviyyəsinə yüksəlməsi münasibətlərin genişlənməsində mühüm rol oynayıb: "Ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün əlimizdən gələni edəcəyik".

Əflatun Amaşov bildirib ki, Azərbaycan dövləti və parlamenti Gürcüstan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir: "Bu gün əlaqələrimizin inkişafında dostluq qrupları mühüm rol oynayırlar. Deputat ölkələrimiz arasında turizm və təhsil sahəsində əlaqələrin inkişafı ilə əlaqədar qarşılıqlı səfərlərin, birgə seminar və konfransların təşkilinin vacibliyini qeyd edib".

“Biz də öz növbəmizdə dostluq əlaqələrimizin inkişafına çalışacağıq”- deyə, Amaşov vurğulayıb.

Görüşdə, qubernatorun müavini Zaur Darğallı və Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi