Azərbaycan İlahiyyat İnstitutunda təhsilini başa vurmuş Gürcüstanın 5 vətəndaşına diplomlar təqdim olunub.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, təqdimat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində baş tutub.
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Marneuli ofisində keçirilən tədbirdə bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun diplomu ilə dini qurumlarda, eləcə də dövlət qurumlarında çalışmaq mümkündür. Yəni bu diplomları dini mərkəzlərlə yanaşı, digər ölkələrin təhsil nazirlikləri də tanıyır.
Qeyd edək ki, diplomları təqdim olunan məzunlar fəaliyyətlərini Gürcüstanda davam etdirəcəklər.