Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının birinci iclası keçiriləcək

Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının birinci iclası keçiriləcək Səfir: "Toplantı İsraildə baş tutacaq"
Xarici siyasət
2 May , 2018 18:04
Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının birinci iclası keçiriləcək
Report/ Firi Salim

Bakı. 2 may. REPORT.AZ/ "Yaxın günlərdə Azərbaycan və İsrail arasında Hökumətlərarası Komissiyanın birinci iclası keçiriləcək". 

"Report" xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav ölkəsinin Müstəqillik gününə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, toplantı İsraildə baş tutacaq: "İclasın keçirilməsi barədə qərar Binyamin Netanyahunun Azərbaycana səfəri zamani iki ölkənin dövlət başçısı tərəfindən verilib. Toplantının yekununda protokol imzalanacaq və gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşəcək. Azərbaycan tərəfdən komissiyanın həmsədri vergilər naziri Mikayıl Cabbarov, İsrail tərəfdən isə ekologiya naziri Zeev Erkindir".

Son xəbərlər

Orphus sistemi