Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın tərkibi təsdiqlənib

Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın tərkibi təsdiqlənib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Xarici siyasət
16 İyun , 2017 18:56
Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın tərkibi təsdiqlənib

Bakı. 16 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilib:

Komissiyanın həmsədri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri

Komissiyanın üzvləri:

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Yəhya Musayev - Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Gülməmməd Cavadov - Azərbaycan Respublikası energetika nazirinin müavini

Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatınazirinin müavini

Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Elsevər Ağayev - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Niyazi Rəhimov - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini

Ramin Məmmədov - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Arif Məmmədov - Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru

Ziya Əliyev - Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru

İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti 

Azərbaycan Xarici İşlər Nazirliyi bu sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə İsrail Dövləti tərəfinə bildiriş göndərməlidir.

Son xəbərlər

Orphus sistemi