Azərbaycan İrana yeni səfir təyin edib

Azərbaycan İrana yeni səfir təyin edib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Xarici siyasət
6 Aprel , 2016 17:58
Azərbaycan İrana yeni səfir təyin edib

Bakı. 6 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Bünyad Hüseynovun Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, B.Hüseynov bu vəzifəyə təyinatadək Azərbaycan Xarici İşlər Nazirliyində Yaxın və Orta Şərq İdarəsinin rəis müavini işləyirdi. 

Son xəbərlər

Orphus sistemi