Azərbaycan İrana 21 məhbus təhvil verib

Azərbaycan İrana 21 məhbus təhvil verib Hazırda Azərbaycan həbsxanalarında 125-dən artıq İran vətəndaşı var, daha 63 nəfər isə istintaq təcridxanalarında saxlanılır
Xarici siyasət
2 Mart , 2016 12:48
Azərbaycan İrana 21 məhbus təhvil verib

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Azərbaycan ölkəmizdə həbsə məhkum edilmiş 21 nəfər İran vətəndaşını adıçəkilən ölkəyə təhvil verib.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, məhbuslar İrana "Astara" sərhəd-keçid məntəqəsində təhvil verilib. Məhbuslar cəzasının qalan hissəsini vətənlərində çəkəcək. O da qeyd edilib ki, İran tərəfinə təhvil verilən məhkumlar arasında 3 qadın da olub.

Qarşı tərəfə təhvil verilən məhbusların əksəri narkotik qaçaqmalçılığına görə cəza çəkənlər olub.

Məhbusların qarşı tərəfə verilməsi iki ölkə arasındakı saziş çərçivəsində həyata keçirilib.

Səfirlikdən onu da bildiriblər ki, hazırda Azərbaycan həbsxanalarında İranın 125-dən çox vətəndaşı var, daha 63 nəfər isə istintaq təcridxanalarında saxlanılır.

Son xəbərlər

Orphus sistemi