Azərbaycan Hökuməti ilə BQXK arasında Sazişin qüvvədəolma müddəti uzadıldı

Azərbaycan Hökuməti ilə BQXK arasında Sazişin qüvvədəolma müddəti uzadıldı Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında Protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Xarici siyasət
12 İyun , 2020 16:58
Azərbaycan Hökuməti ilə BQXK arasında Sazişin qüvvədəolma müddəti uzadıldı

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında Protokolun təsdiq edilməsi barədə" sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında 2020-ci il mayın 7-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib.

Sərəncamda daha sonra deyilir:

"Bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə bildiriş göndərsin".

Son xəbərlər

Orphus sistemi