Azərbaycan hökuməti ərəb nazirə medal verdi

Azərbaycan hökuməti ərəb nazirə medal verdi Azərbaycan hökuməti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri şeyx Abdulla bin Zayed əl-Nahayanı iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinə görə təltif edib.
Xarici siyasət
6 Fevral , 2020 10:18
Azərbaycan hökuməti ərəb nazirə medal verdi

Azərbaycan hökuməti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri şeyx Abdulla bin Zayed əl-Nahayanı iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinə görə təltif edib.

“Report” “Emirates News Agency”yə istinadən xəbər verir ki, mükafat Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr olunub.

BƏƏ-nin baş diplomatına medalı Azərbaycanın Əbu-Dabidəki səfiri Mahir Əliyev verib.

Nazir Azərbaycan hökumətinə xidmətlərinin dəyərləndirilməsinə görə təşəkkürünü bildirib, Azərbaycan və BƏƏ rəhbərliyi tərəfindən dəstəklənən iki ölkə arasındakı xüsusi münasibətləri yüksək qiymətləndirib.

M.Əliyev Azərbaycanın BƏƏ ilə əlaqələri bütün sahələrdə möhkəmləndirmək əzmində olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi