AŞPA-nın həmməruzəçisi: "Azərbaycan hesabatları vaxtlı-vaxtında dərc edir"

AŞPA-nın həmməruzəçisi: "Azərbaycan hesabatları vaxtlı-vaxtında dərc edir" Strasburq. 25 yanvar. REPORT.AZ/ Azərbaycan hər zaman hesabatları vaxtlı-vaxtında dərc edir.
Xarici siyasət
25 Yanvar , 2019 17:05
AŞPA-nın həmməruzəçisi: Azərbaycan hesabatları vaxtlı-vaxtında dərc edir

Strasburq. 25 yanvar. REPORT.AZ/ "Azərbaycan hər zaman hesabatları vaxtlı-vaxtında dərc edir".

“Report“un Qərbi Avropa bürosu xəbəb verir ki, bu sözləri AŞPA-nın Demokratik İnstitutlara dair Azərbaycan üzrə həmməruzəçisi Stefan Şenak AŞPA-nın qış sessiyasında “CPT-nin tövsiyələrinə riayət edilməsinin yaxşılaşdırılması: Parlament Assambleyasının və Milli parlamentlərin rolunun gücləndirilməsi“ üzrə qətnamənin müzakirəsi zamanı bildirib.

Həmməruzəçi qeyd edib ki, işgəncələrin qarşısının alınması və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza üzrə Avropa Komitəsinin Azərbaycan ilə bağlı hesabatları vaxtlı-vaxtında Azərbaycanda dərc edilib. Bu da demokratiyanın inkişafının göstəricisidir.

Müzakirələr zamanı bildirilib ki, bu hesabatlar Avropa Şurasına üzv ölkələrin yalnız 7-də dərc edilir. 

Son xəbərlər

Orphus sistemi