Aydın Mirzəzadə: "Heç kim unutmamalıdır ki, Azərbaycan hər zaman Türkiyənin yanında olacaq"

Aydın Mirzəzadə: "Heç kim unutmamalıdır ki, Azərbaycan hər zaman Türkiyənin yanında olacaq" "Hədəfdə tək Türkiyə yox, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğudur"
Xarici siyasət
15 Mart , 2016 16:44
Aydın Mirzəzadə: Heç kim unutmamalıdır ki, Azərbaycan hər zaman Türkiyənin yanında olacaq

Bakı. 15 mart. REPORT.AZ/ "Türkiyənin paytaxtı Ankarada son zamanlar baş verən terror hadisələrinin məhz ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı baş verməsi heç də təsadüfi deyil". "Report"un məlumatına görə, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, bunun özü bir daha göstərir ki, hədəfdə tək Türkiyə yox, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğudur: "Görünən odur ki, müəyyən dairələr iki ölkənin dostluğundan çox narahatdır. Bununla belə, Prezident İlham Əliyevin bu görüşün təxirə salınmaması üçün özünün Türkiyəyə səfər etməsini təklif etməsi qardaş ölkənin aparıcı mətbuat orqanlarında geniş işıqlandırıldı".

A.Mirzəzadə onu da qeyd edib ki, bütün dünya Türkiyənin dərdinin Azərbaycanın dərdi, onların uğurunun da uğurumuz olduğunu bilməlidir: "Heç kim unutmamalıdır ki, Azərbaycan hər zaman Türkiyənin yanında olacaq".

Son xəbərlər

Orphus sistemi