Azərbaycan Gürcüstanın İstanbul Konvensiyasının ratifikasiyası ilə bağlı təcrübəsini öyrənir

Azərbaycan Gürcüstanın İstanbul Konvensiyasının ratifikasiyası ilə bağlı təcrübəsini öyrənir Gürcüstan parlamentinin Gender bərabərliyi üzrə daimi şurasının üvləri Azərbaycan nümayəndə heyəti ilə görüşüblər.
Xarici siyasət
15 Noyabr , 2021 17:56
Azərbaycan Gürcüstanın İstanbul Konvensiyasının ratifikasiyası ilə bağlı təcrübəsini öyrənir

Gürcüstan parlamentinin Gender bərabərliyi üzrə daimi şurasının üzvləri Azərbaycan nümayəndə heyəti ilə görüşüblər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın Mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının nümayəndələri Aytən Tarverdiyeva, Elvin Hacıyev və digər şəxslər iştirak ediblər.

Avropa Şurasının Azərbaycan və Gürcüstandakı ofislərinin nümayəndələrinin də qatıldığı görüşdə İstanbul Konvensiyasının ratifikasiyası və qadınlara qarşı zorakılığın aradan qaldırılması məsələləri müzakirə olunub. Gürcüstanın konvensiyanı ratifikasiya edənədək keçdiyi yol və ölkədə gender bərabərliyinin təminatı üçün həyata keçirilən dəyişikliklər ətrafında da fikir mübadiləsi aparılıb.

Şuranın sədri Nino Tsilosani deyib ki, Azərbaycan nümayəndə heyəti Gürcüstanda qadınlara qarşı zorakılığa qarşı mübarizə istiqamətində və gender bərabərliyi sahəsində dövlətin atdığı addımlar barədə ətraflı məlumatlandırılıb: “Biz bu sahədə qabaqcıl təcrübənin tətbiqi üçün Azərbaycanla çox yaxşı və dost münasibətləri nəzərə alaraq əlimizdən gələni etməyə hazırıq. Qonaqlara həmçinin İstanbul Konvensiyasının ratifikasiyasının gətirə biləcəyi dəyişikliklərin əhəmiyyəti barədə də məlumat təqdim etdik”.

Qeyd edək ki, Gürcüstan qadınlara qarşı zorakılığın qarşısının alınmasını nəzərdə tutan İstanbul Konvensiyasına 2014-cü ildə qoşulub və 2017-ci ildə onu ratifikasiya edib. Azərbaycan isə beynəlxalq sənədi hələ qəbul etməyib.

Son xəbərlər

Orphus sistemi