Azərbaycan Gürcüstana 100 ton maye tibbi oksigen ayırıb

Azərbaycan Gürcüstana 100 ton maye tibbi oksigen ayırıb Dünyada cərəyan edən koronavirus pandemiyası və son dövrdə Gürcüstanda yaranmış vəziyyət fonunda, ölkədə COVID-19 infeksiyasına yoluxmuş xəstələr üçün oksigen tədarükü məsələsi tam həllini tapıb.
Xarici siyasət
402
1 Dekabr , 2020 11:35
Azərbaycan Gürcüstana 100 ton maye tibbi oksigen ayırıb

Dünyada cərəyan edən koronavirus pandemiyası və son dövrdə Gürcüstanda yaranmış vəziyyət fonunda, ölkədə COVID-19 infeksiyasına yoluxmuş xəstələr üçün oksigen tədarükü məsələsi tam həllini tapıb.

Bu barədə "Report"a Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Gürcüstan hökumətinin tapşırığına əsasən, Xarici İşlər Nazirliyi və ölkəmizin diplomatik nümayəndəlikləri bu məsələnin həllində fəal iştirak edirlər. Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi müvafiq işləri həyata keçirdi və dost ölkəmizin hökumətinin köməkliyi ilə operativ şəkildə müvafiq miqdarda maye tibbi oksigen tədarükünə müvəffəq oldu. Gürcüstan Səfirliyi Gürcüstanın COVID klinikalarına təmənnasız olaraq 100 ton maye tibbi oksigen ayırdığı və yükün öz hesabına Gürcüstana daşımasını təmin etdiyi üçün Baku Steel şirkətinə öz minnətdarlığını bildirir.

Qeyd etmək lazımdır ki, strateji tərəfdaş ölkəmizin Nazirlər Kabineti, müvafiq dövlət strukturları - İqtisadiyyat və Fövqəladə Hallar Nazirlikləri, Dəmir Yolu və Gömrük Komitəsi bu zəhmətli prosesə xüsusi töhfə vermişdirlər. Gürcüstan və Azərbaycan tərəfləri, Gürcüstanın səhiyyə sektorundakı COVID klinikalarına maye tibbi oksigen tədarükü çatışmazlığının qarşısını almaq üçün sıx əməkdaşlıq etməyə davam edirlər. Yaxın gələcəkdə quru və dəmir yolu vasitəsilə Azərbaycandan Gürcüstana maye tibbi oksigen tədarükü planlaşdırılır", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi