Azərbaycan daha 49 vətəndaşını təxliyə etdi

Azərbaycan daha 49 vətəndaşını təxliyə etdi Avropa və Türkiyədən gələn daha 49 Azərbaycan vətəndaşının Gürcüstan vasitəsilə vətənə təxliyəsi təşkil olunub.
Xarici siyasət
19 Mart , 2020 16:42
Azərbaycan daha 49 vətəndaşını təxliyə etdi

Avropa və Türkiyədən gələn daha 49 Azərbaycan vətəndaşının Gürcüstan vasitəsilə vətənə təxliyəsi təşkil olunub.

Bu barədə “Report”a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Hazırda Azərbaycan vətəndaşları avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə çatdırılır. Onlar Azərbaycan ərazisinə keçəndən sonra Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) təhvil veriləcək.

Qeyd edək ki, bundan öncə 170 Azərbaycan vətəndaşının Gürcüstandan keçməklə Azərbaycana təxliyəsi təmin olunub.

Son xəbərlər

Orphus sistemi