Azərbaycan Gürcüstan üçün hazırkı üç əsas dost ölkədən biridir - SORĞU

Azərbaycan Gürcüstan üçün hazırkı üç əsas dost ölkədən biridir - SORĞU Gürcüstanda rəyi soruşulanların 7%-i Azərbaycanı ölkənin hazırkı əsas dostu adlandırıb.
Xarici siyasət
31 Yanvar , 2020 16:18
Azərbaycan Gürcüstan üçün hazırkı üç əsas dost ölkədən biridir - SORĞU

Gürcüstanda rəyi soruşulanların 7%-i Azərbaycanı ölkənin hazırkı əsas dostu adlandırıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu, “Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan” (CRRC) təşkilatının Qafqaz barometri adlanan sorğusunun nəticələrindən məlum olub.

2015 və 2017-ci illərdə aparılan eyni sorğunun nəticələri ilə müqayisədə Azərbaycanı Gürcüstanın əsas dostu hesab edənlərin faiz göstəricisi dəyişməz qalıb. 2013-cü ildə isə bu göstərici 8%-ə bərabər olub.

Respondentlərin əksər hissəsi – 21%-i ABŞ-ı, 10%-i isə Ukraynanı Gürcüstanın əsas dostu hesab edib.

Türkiyəni Gürcüstanın əsas dostu adlandıranlar 4% təşkil edib. Ermənistanı əsas dost hesab edənlərin göstəricisi isə cəmi 2%-ə barəbər olub.

Gürcüstanın hazırkı əsas düşməni kimdir sualına isə rəyi soruşulanların, təxminən, yarısı – 49%-i Rusiya deyə cavab verib. 4%-i Türkiyəni, 2%-i isə Ermənistanı Gürcüstanın əsas düşməni kimi qiymətləndirib.

Qeyd edək ki, “Dəyişikliklərin 10 illiyi: Gürcüstanda rəylər və dəyərlər, 2009-2019” adlı araşdırma üçün sorğu 2019-cu ilin oktyabrın 9-dan noyabrın 4-nə qədər işğal altında olan ərazilər istisna olmaqla bütün ölkə boyu aparılıb. Sorğuda 2 100 respondent iştirak edib.

Son xəbərlər

Orphus sistemi