Azərbaycan-Gürcüstan əməkdaşlığı müzakirə olundu

Azərbaycan-Gürcüstan əməkdaşlığı müzakirə olundu Gürcüstan parlamentinin Xarici əlaqələr üzrə komitəsinin sədri İrakli Beraya Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovla videoəlaqə vasitəsilə danışıb.
Xarici siyasət
6 May , 2020 15:50
Azərbaycan-Gürcüstan əməkdaşlığı müzakirə olundu
0 : 00
0 : 00

Gürcüstan parlamentinin Xarici əlaqələr üzrə komitəsinin sədri İrakli Beraya Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovla videoəlaqə vasitəsilə danışıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

Tərəflər Gürcüstan və Azərbaycanda epidemiolji vəziyyəti və qabaqlayıcı tədbirlər barədə müzakirə aparıblar. Danışıq zamanı iki ölkə arasında ticarət, iqtisadiyyat, nəqliyyat, energetika, turizm sahələri üzrə əməkdaşlıq və bölgədə təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi həyata keçirilib.

İ.Beraya və D.Həsənov Gürcüstan və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri, strateji tərəfdaşlıq və qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. 

Son xəbərlər

Orphus sistemi