Yuxarı

"Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu” imzalanıb

Sənəd Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfəri çərçivəsində imzalanıb

Bakı. 25 aprel. REPORT.AZ/ "Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu” imzalanıb. 

"Report" xəbər verir ki, aprelin 25-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın iştirakı ilə “Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu” imzalanıb.

Sənədi Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Fransanın ölkəmizdəki səfiri Paskal Mönye imzalayıblar.

Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu imzalanandan sonra Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Prezidenti Fransua Olland birgə nahar ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi