​Azərbaycan və Ermənistan prezidentləri arasında görüş başa çatıb

​Azərbaycan və Ermənistan prezidentləri arasında görüş başa çatıb Görüş Vyanada keçirilib
Xarici siyasət
17 May , 2016 00:40
​Azərbaycan və Ermənistan prezidentləri arasında görüş başa çatıb

Bakı. 17 may. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında Dağlıq Qarabağ münaqişəsi zonasında 1990-cı illərin ortalarından bu yana ən qanlı döyüşlərin getdiyi aprel hadisələrindən sonra keçirilən ilk görüş başa çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, danışıqlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri, həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro və ABŞ-ın dövlət katibi Con Kerri iştirak edib.

Prezidentlər və nazirlər görüşün əvvəlində jurnalistlər önündə bəyanat verməməyə üstünlük veriblər.

Son xəbərlər

Orphus sistemi