Ramazan Abdulatipov: "Azərbaycan ənənəvi olaraq Dağıstanın əsas ticarət tərəfdaşıdır"

Ramazan Abdulatipov: "Azərbaycan ənənəvi olaraq Dağıstanın əsas ticarət tərəfdaşıdır" Bu ilin birinci rübündə ticarət dövriyyəsi 7,5 mln. ABŞ dolları təşkil edib
Xarici siyasət
28 İyul , 2017 13:34
Ramazan Abdulatipov: Azərbaycan ənənəvi olaraq Dağıstanın əsas ticarət tərəfdaşıdır

Bakı. 28 iyul. REPORT.AZ / "Azərbaycan ənənəvi olaraq bizim əsas ticarət tərəfdaşımızdır, bu ölkə ilə ticarət həcmi hər il Dağıstanın xarici ticarət dövriyyəsinin ən azı 30 faizini təşkil edir". 

"Report"un məlumatına görə, bunu Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov "Moskva-Bakı" portalına müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, regionlar arasında münasibətlər sabit müsbət dinamikası ilə səciyyələnir və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yönəlib: "Şimali Qafqaz gömrük idarəsinin məlumatına görə, Dağıstan və Azərbaycan arasında xarici ticarət dövriyyəsi 2016-ci ildə 104,3 mln. ABŞ dolları təşkil edib. 2017-ci ilin birinci rübündə ticarət dövriyyəsi 7,5 mln. ABŞ dolları təşkil edirdi: ixracın payı 3,5 mln. dollar, idxal - 4 mln. ABŞ dolları".

R.Abdulatipov əlavə edib ki, Dağıstan və Azərbaycanı tarixən yaranmış mehriban qonşuluq, dostluq münasibətləri birləşdirir, Azərbaycanda yaşayan etnik dağıstanlıların sayı isə 240 000 nəfərdən çoxdur.

O, Azərbaycan Prezidenti ilə keçirdiyi görüşlərdən danışaraq bildirib ki, İlham Əliyevlə münasibətlər səmimi, qardaşlıq və qarşılıqlı hörmət əsasında qurub: "Biz, dağıstanlılar, Azərbaycan lideri ilə dostluğu səmimi qiymətləndiririk. İlham Əliyevin "Dağıstan - Rusiyanın bütün bölgələrindən bizim üçün ən yaxın və əziz diyardır" sözləri çox şeydən xəbər verir".

Son xəbərlər

Orphus sistemi